USD - 1.7282RUB - 0.0295TRY - 0.4701

Haqqımızda

 

Haqqımızda qısa məlumat

Azərbaycanın hal-hazırki əmlak bazarı yüksək rəqabətlilik şəraitinə malikdir və bu səbəbdən əmlak alışı/satışı hər bir insan üçün çoxmərhələli bir tədbir halını alır. Bu mərhələlərdən ən çox vaxt aparanı isə əmlak seçimidir.
emlakbazari.az saytı insanların əmlak seçimini asanlaşdırmaq məqsədi ilə yaradılmışdır.
Sayt bir çox üstünlükləri ilə seçilir:
- Rahat axtarış sistemi. Saytın hər bir istifadəçisi əmlakı istədiyi kriteriyalara uyğun, yəni, əməliyyat mövzusuna, əmlak tipinə, əmlakın yerləşdiyi şəhər və zonaya, sahəsinə, təmir vəziyyətinə və qiymətinə görə seçə bilər;
- Mütəmadi olaraq əmlak bazarı haqqında məlumatların verilməsi;
- Daimi təzələnən elanlar;
- Hüquqi dəstək xidməti. Əmlak alışı/satışı zamanı çox vaxt insanlar prosesin hüquqi tərəfinə lazımi diqqət yetirmirlər və nəticə olaraq əziyyət çəkirlər. emlakbazari.az əmlak almaq/satmaq istəyənlərə hüquqi dəstək xidmətini təklif edir. Bütün prosesin hüquqi və sənədləşmə işləri münasib qiymətə və peşəkar səviyyədə həyata keçiriləcək;
- İpoteka kreditləri haqqında ətraflı məlumatlar;
- Əmlakın sığortası haqqında bilgilər və s.
Əmlak satışını həyata keçirmək istəyən hər bir şəxs çox asan və rahat formada bunu emlakbazari.az saytı vasitəsilə edə bilər. Bunun üçün həmin şəxs sadəcə olaraq sayt menyusundakı “elan əlavə et” bölməsinə daxil olaraq əmlak haqqında məlumatları elan formasına əlavə etməlidir.

Röyalarınızın əmlakını bizdə axtarın...